REGİONLAR


“Əmanət” yay düşərgəsi bu dəfə Masallıda təşkil olunub VİDEO

Masallı, 26 iyul, İsmayıl Cəfərli, AZƏRTAC

Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət” yay düşərgəsi bu dəfə Masallıda təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil edilən düşərgədə Masallı rayonundan olan 20 şəhid övladı iştirak edib. İştirakçılar əvvəlcə Masallı şəhərinin Vətən uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsinə inşa edilən Qəhrəmanlar Parkını ziyarət ediblər. Daha sonra Şuşa əməliyyatının maraqlı detallarını özündə əks etdirən, bu əməliyyatı həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrların yer aldığı “Şuşa, sən azadsan!” sənədli filmi təqdim olunub. Düşərgə müxtəlif personajların təqdimatında bədii-əyləncəli proqram, yeni tanışlıqlar və rəngarəng görüntülərlə davam edib.

Şəhid övladı Xədicə Abbasova: “Əmanət” düşərgəsini təşkil edənlər sağ olsunlar. Mən şəhid övladı kimi bir az onlardan yaşda böyüyəm. Mənim üçün çox maraqlı keçdi. Çox əyləndik burda. Mənimlə dərd ortağı olan balaca şəhid övladlarını tanımış oldum. Belə ataların övladı olduğumuz üçün fəxr edirəm. Dövlətimizin bizlərə hər zaman sevgi və qayğısını görürük. Ona görə istəyirik ki, belə tədbirlər tez-tez keçirilsin”.

Şəhid övladı Əli Abbasov: “Biz bu gün burada bir yerdə əyləndiyimiz üçün çox şadıq. Bizi tez-tez belə tədbirlərə çağırdıqları üçün təşəkkür edirəm. Dövlətimiz çox sağ olsun ki, şəhidlərimizi heç vaxt unutmurlar. Şəhidlər unudulanda ölürlər deyirlər. Bizlər də çalışmalıyıq ki, onlar unudulmasın. Bütün təşkilatçılara minnətdarlıq edirəm”.

Ötən aydan etibarən start verilən “Əmanət” adlı yay düşərgəsinə Lənkəran, Cəlilabad və Masallıdan ümumilikdə 70-ə yaxın şəhid övladı cəlb edilib. Bu kimi düşərgələrin növbəti mərhələdə digər rayonlarda da təşkil olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.