İQTİSADİYYAT


Əmanətlərin 55,3 faizi milli valyutada qoyulub

Əmanətlərin 55,3 faizi milli valyutada qoyulub

Bakı, 26 oktyabr, AZƏRTAC

Mərkəzi Bankın məlumatına görə, sentyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 46,8 milyon manat azalaraq 8 milyard 559,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 55,3 faizi milli, 44,7 faizi isə xarici valyutada qoyulub. Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 2 (2,04) manata, 100 türk lirəsinə 19,93 (21,13) manata, 100 rus rubluna 2,33 (2,30) manata bərabər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.