İQTİSADİYYAT


Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib

Bakı, 24 may, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrində dəyişiklik edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, qurumun Himayəçilik Şurasının qərarına əsasən, 2007-ci il oktyabrın 25-də 35 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Günay Bank” ASC "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 16 may tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən, “Günay Bank” ASC-nin lisenziyası 2023-cü il mayın 17-dən etibarən ləğv olunub və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 18 may tarixli 2-3(103)-42/2023 saylı qərarı ilə “Günay Bank” ASC müflis elan edilib və barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 2023-cü il mayın 24-nə tarixinə olan reyestrini ictimaiyyətin diqqətinə çatdırır:

 

 

Reyestrə daxil olma tarixi

Bankın adı

1

30.07.07

ASC "XALQ"Bankı

2

30.07.07

"Azərbaycan Beynəlxalq Bankı"ASC

3

30.07.07

“ACCESSBANK” QSC

4

30.07.07

Melli İran Bankı Bakı filialı

5

30.07.07

"Azər-Türk Bank" ASC

6

30.07.07

"Bank of Baku" ASC

7

30.07.07

"Bank Respublika" ASC

8

30.07.07

"Kapital Bank" ASC

9

30.07.07

"Muğanbank" ASC

10

30.07.07

"YELO BANK" ASC

11

30.07.07

"Rabitəbank" ASC

12

30.07.07

"TURANBANK" ASC

13

30.07.07

"UNİBANK" KB ASC

14

30.07.07

Yapı Kredi Bank Azərbaycan QSC

15

07.08.07

"Expressbank"ASC

16

10.09.07

"Azərbaycan Sənaye Bankı" ASC

17

04.12.07

"Bank Avrasiya" ASC

18

04.12.07

"Paşa Bank" ASC

19

29.08.08

"Naxçıvanbank" ASC

20

16.01.09

"AFB BANK"ASC

21

26.02.09

BANK VTB (AZƏRBAYCAN) ASC

22

28.04.09

PREMIUM BANK ASC

23

15.04.10

Bank "BTB" ASC

24

15.05.15

"Ziraat Bank Azərbaycan" ASC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.