CƏMİYYƏT


Amanjol Urazbayev: General-mayor Həzi Aslanovun qəhrəmanlıq yolu hər kəsə örnəkdir

Bakı, 12 oktyabr, AZƏRTAC

Bizim fəaliyyətimizin əsas istiqaməti gəncləri qəhrəman ata-babalarımızın nümunəsində tərbiyə etməkdir. Mənə çox xoşdur ki, bu konfrans Azərbaycan torpağında keçirilir. Bu, Böyük Qələbənin həmrəylik nəticəsində qazanıldığını bir daha təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” adlı beynəlxalq konfransın iştirakçısı, Qazaxıstanın “Arlan” vətənpərvər gənclər mərkəzi ictimai fondunun prezidenti polkovnik Amanjol Urazbayev söyləyib.

Konfransda Azərbaycanın Qələbəyə töhfəsinə dair real rəqəmlər səsləndirildiyini diqqətə çatdıran A.Urazbayev deyib: “Sovet dövründə hər bir vətəndaş bilirdi ki, tank, təyyarə və digər döyüş texnikasının 80 faizindən çoxu Bakı nefti ilə işləyib. Mən Azərbaycan qəhrəmanlarından birinin - Həzi Aslanovun bioqrafiyasını böyük məmnuniyyətlə öyrənmişəm. Əgər təyyarəçilər arasında ikiqat, üçqat qəhrəmanlar var idisə, tankçılar arasında ikiqat qəhrəman olmaq nadir hadisədir. Tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlıq yolu hər kəsə örnəkdir. Mənə çox xoşdur ki, biz bu gün Həzi Aslanova ehtiram əlaməti olaraq ucaldılmış abidəni gördük. Bu, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.