DÜNYA


“Amazon” bayram günləri sifarişləri pulsuz çatdıracaq

Vaşinqton, 8 noyabr, AZƏRTAC

“Amazon” şirkəti bayram günlərində satın alınmış malları müştərilərinə pulsuz çatdırmaq niyyətində olduğunu bildirib. Ötən il şirkətin “Amazon Prime” xidmətindən (illik 119 dollar məbləğində ödəmə müqabilində iki gün ərzində pulsuz çatdırma) istifadə etməyən alıcıları çatdırmanın pulsuz olması üçün mallara 25 dollardan çox sərf etməli idilər. Lakin onlayn-satışlar arasında rəqabətin artdığını nəzərə alan şirkət müştərilərini daha rahat və sürətli imkanlarla təmin etmək və onlara pulsuz çatdırma təklif etmək üçün minimal sifariş prinsipini ləğv etməyə hazırlaşır.

ABŞ Milli Pərakəndə Ticarət Federasiyasının proqnozlarına görə, ölkə iqtisadiyyatı inkişaf etdiyinə görə pərakəndə satışların həcmi (avtomobil və benzin satışı, habelə restoran biznesi istisna olmaqla) ötən illə müqayisədə 4,8 faiz artaraq təqribən 720,89 milyard dollar təşkil edəcək. Odur ki, “Amazon” artıq noyabrın 1-dən dekabrın 22-dək sifarişlərin bütün növləri üçün iki gün ərzində pulsuz çatdırma təklif edən “Target” kimi ən ciddi rəqiblərini qabaqlamağa çalışır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşiqnton

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.