DÜNYA


“Amazon” şirkəti müştərilərin elektron ünvanını üçüncü şəxsə verən əməkdaşını işdən qovub

Vaşinqton, 9 oktyabr, AZƏRTAC

“Amazon” şirkəti müştərilərinin elektron ünvanın saytdakı müstəqil satıcılardan birinə verən əməkdaşını işdən qovub.

AZƏRTAC xəbər verir ki, şirkətin administrasiyası zərərçəkən müştərilərini xəbərdar etdiyini bildirib və əlavə edib ki, həmin satıcı “Amazon” saytında bloklanıb. Şirkət işdən azad edilən əməkdaşın və üçüncü tərəf olan satıcının şəxsiyyəti haqqında hər hansı məlumat açıqlamayıb.

Ötən ay “Wall Street Journal” nəşrində dərc olunmuş yazıda bildirilirdi ki, “Amazon” şirkəti öz əməkdaşlarının pul müqabilində müştərilərin şəxsi məlumatlarını “Amazon” saytında öz mallarını satan üçüncü şəxslərə ötürməsi ilə bağlı araşdırmalar aparır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.