DÜNYA


“Amazon” yenidən dünyada ən bahalı şirkət adına layiq görülüb

Bakı, 8 yanvar, AZƏRTAC

ABŞ-ın “Amazon” şirkəti bazar kapitallaşması göstəricisinə görə yenidən “Microsoft”u geridə qoyaraq dünyada ən bahalı şirkət elan edilib. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.

AZƏRTAC “tass.ru” saytına istinadən bildirir ki, “Amazon”un kapitallaşma dəyəri 797 milyard, “Microsoft”da isə 789 milyard dollar olub. “Alphabet” şirkəti kapitallaşma dəyərinə (745 milyard dollar) görə 3-cü, “Apple” isə 4-cü yeri bölüşdürürlər.

“Amazon” şirkəti bazar kapitallaşmasına görə ilk dəfə 2018-ci ilin fevralında, ikinci dəfə isə dekabrda “Microsoft”u üstələməyə nail olub. “Forbes” jurnalının versiyasına görə, “Amazon” şirkətinin direktoru Ceff Bezos planetin ən zəngin insanlarının reytinq siyahısına başçılıq edir. “Microsoft”un təsisçisi Bill Qeyts sözügedən reytinqdə ikinci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.