DÜNYA


“Amazon”un sahibi Ceff Bezos iki gündə 19,2 milyard dollar itirib

Bakı, 30 oktyabr, AZƏRTAC

Hazırda dünyanın ən varlı insanı – “Amazon” internet ticarəti kompaniyasının sahibi Ceff Bezosun sərvəti iki gün ərzində 19,2 milyard dollar azalaraq çox qısa zaman kəsiyində baş verən maliyyə itkiləri üzrə yeni rekord müəyyən edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bundan əvvəlki rekordun sahibi Mark Sukerberq iyulun 27-də “Facebook” kompaniyasının aksiyalarının qiymətinin 20 faizdən çox ucuzlaşması səbəbindən 16,5 milyard dollar itirmişdi.

“Bloomberg” agentliyinin məlumatına əsasən, “Amazon”un aksiyalarının ucuzlaşması səbəbindən Bezosun özü də “kasıblayıb”. Belə ki, oktyabrın 26-da kompaniyanın qiymətli kağızları 7,8 faiz, oktyabrın 29-da isə daha 6,3 faiz ucuzlaşıb. Aksiyaların ucuzlaşması reteylerin üçüncü rüb üzrə məruzəsinin dərc olunmasından sonra baş verib. Məruzədə sentyabrın 30-da başa çatan üç aylıq maliyyə dövründə kompaniyanın gəlirlərinin gözlənilən 57,1 milyard dollardan az - 56,6 milyard dollar olması barədə məlumat əksini tapıb.

Agentlik hazırda Bezosun varidatını 128,1 milyard dollar həcmində qiymətləndirir. Halbuki ötən ayın əvvəlində onun sərvəti 167,7 milyard dollar təşkil edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.