DÜNYA


Əmək Günü tətilində Çində 230 milyon daxili səyahət qeydə alınıb VİDEO

Pekin, 6 may, AZƏRTAC

Çində 1 may – Əmək Günü münasibətilə elan olunmuş 5 günlük tətil müddətində təxminən 230 milyon daxili səyahət qeydə alınıb.

AZƏRTAC Çinin Mədəniyyət və Turizm Nazirliyinə istinadla xəbər verir ki, bu, ötənilki göstərici ilə müqayisədə 2 dəfə çoxdur. Çinlilər pandemiyaya görə xarici səfərlər məhdudlaşdırıldığından bayram tətilini ölkədə keçirməklə kifayətləniblər. Bu məqam turizm də daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında dövriyyənin çoxalmasına səbəb olub. Belə ki, bayram tətilində turizm sektorunda dövriyyə əvvəlki illə müqayisədə 138 faiz çoxalaraq 17,49 milyard ABŞ dollarına çatıb. İctimai iaşə sektorunda və pərakəndə ticarətdə də ciddi canlanma müşahidə olunub.

Çinin milli ödəniş sistemi olan “UnionPay” vasitəsi ilə 115,85 milyard dollarlıq dövriyyə qeydə alınıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.