CƏMİYYƏT


Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin 4-cü iclası keçirilib

Bakı, 13 aprel, AZƏRTAC

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin 4-cü iclası keçirilib. İclasda Katibliyin rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elnur Süleymanov “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nda nəzərdə tutulmuş tapşırıqların icra vəziyyəti, 2019-cu ilin birinci rübü üzrə qeyri-formal məşğulluq sahəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlər barədə məlumat verib.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, ölkədə aparılan uğurlu islahatlar nəticəsində 2019-cu ilin ilk üç ayı ərzində Əmək Müqaviləsi Bildirişi Elektron İnformasiya Sistemində əmək müqaviləsi ilə işləyənlərin sayının 65 min 821 nəfər artdığını, ümumilikdə 1 milyon 467 min 782 müqavilə təşkil etdiyini bildirib. Həmçinin 2019-cu il aprelin 1-nə Vergilər Nazirliyində qeydiyyatda olan aktiv fiziki şəxs fərdi sahibkarların sayı birinci rüb ərzində 10 min 568 nəfər artaraq 371 min 569 nəfər olduğu diqqətə çatdırılıb.

İclasda ölkədaxili miqrasiya üzrə statistik göstəricilərin hazırlanması, əmək resurslarının ölkədaxili miqrasiyasının monitorinqinin aparılması imkanlarının araşdırılması və təşkili ilə bağlı aidiyyəti qurumlarla birgə razılaşdırılmış təkliflərin hazırlanması müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.