CƏMİYYƏT


Əmək bazarının milliləşdirilməsi sahəsində müsbət nəticələr əldə olunub

Bakı, 13 sentyabr, AZƏRTAC 

Ölkəmizdə əcnəbi miqrant statusu almaq üçün iki qayda var: iş icazəsindən azad olanlar, yəni daimi yaşayış icazəsi olanlar və Azərbaycan vətəndaşı ilə nikah bağlayanlar. Nazirlər Kabineti bu il əməkçi miqrantlar üçün kvota müəyyənləşdirib və həmin kvotaya əsasən il əridə 6800 nəfər əcnəbi şəxs işə cəlb edilə bilər. İndiyədək həmin kvotada müəyyən edilən normanın yarısından artıq miqrant müraciət edib. Doğrudur, kvota var, lakin çalışırıq ki, onun mövcudluğu heç bir sahibkarlıq subyekti üçün xüsusi gərginlik yaratmasın. Hətta kvota tam dolsa da, ona yenidən baxılması mümkündür.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin Bakıda keçirilən iclasında jurnalistlərlə söhbətində məlumat verib.

O, əmək bazarının milliləşdirilməsi barədə jurnalistlərin sualına cavab verərkən deyib: “Əmək bazarının milliləşdirilməsi dövlətin diqqətdə saxladığı mühüm məsələlərdən biridir. Enerji və neft sektorunda bu layihə uzun müddətdir ki, icra edilir və çox müsbət də nəticələr verir. Həmin sektorda təxminən 90 faiz milliləşməyə cəlb edilib. Ayrı-ayrı illər üzrə də əməkçi bazarının dinamikasıni izləsək milliləşmə tədbirlərinin nəticəsini görərik. Lakin burada yanaşma hansısa sahibkarlıq subyekti və ya bazarı sıxmaqdan ibarət deyil. Əlbəttə ki, bu, paralel tədbirlərdir. Yerli iş qüvvəsinin bilik və bacarığını artırmaq, onların əvəzlənməsi prosesini keçirmək, hər hansı bir tikinti və ya səhiyyə sektorunda əcnəbi mütəxəssisi yerli mütəxəssis kompensasiya edirsə, bu, nəticə olaraq milliləşmənin göstəricisidir və həmin proses davamlı olaraq aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.