Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdirilməsi üzrə aparılan işlərlə bağlı təqdimat keçirilib

Bakı, 26 sentyabr, AZƏRTAC

Ölkəmizdə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Xarici İşlər və Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti və Dövlət Neft Şirkətinin nümayəndələrindən ibarət komissiyanın iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda komissiyada təmsil olan qurumların, habelə sosial tərəfdaşların- Həmkarlar İttifaqları Konfederasiyasının və Respublika Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin çıxışları dinlənilib. Demoqrafik inkişaf, əmək bazarı, iqtisadiyyatda işçi qüvvəsinə olan mövcud tələblər, vakansiya bazası, əmək ehtiyatları potensialı, sərbəstləşən işçilər üzrə proqnozlar və s. sahəsində məlumatlar təqdim olunub, 2018-ci il üçün əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanmasına dair rəy və təkliflər səsləndirilib.

İclas çərçivəsində əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin birgə icra etdiyi “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat” layihəsi üzrə aparılan işlərlə bağlı təqdimat olub.

Təqdimat tədbirində komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək miqrasiyası proseslərinin tənzimlənməsi işlərinin səmərəliliyinin artırılması, bu işlərin yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi prinsipinə və ölkənin ümumi inkişafına uyğun qurulmasının dövlət miqrasiya siyasətinin əsas hədəflərindən olduğunu söyləyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan dinamik inkişaf ölkəmizə xarici əməkçi miqrant axınının sürətlənməsi ilə müşahidə olunur. Bununla əlaqədar Azərbaycanda müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində dövlət miqrasiya siyasəti ildən-ilə təkmilləşdirilib. Müvafiq normativ-hüquqi aktlar, 2013-cü ildə isə Miqrasiya Məcəlləsi qəbul olunub. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” əsasında 2009-cu ildən hər növbəti il üçün əmək miqrasiyası kvotası, yəni təqvim ili ərzində ölkəmizin ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddi müəyyən olunaraq təsdiq edilir”.

S.Müslümov qeyd edib ki, əmək miqrasiyası kvotası ölkədəki demoqrafik inkişaf, əmək bazarında vəziyyət və işəgötürənlərin tələbləri, ölkənin əmək ehtiyatları və s. ilə bağlı məlumatlar, proqnozlar təhlil olunmaqla müəyyənləşdirilir: “Son illərdə dünya iqtisadiyyatında baş verən proseslər hər bir ölkənin miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı yanaşmalarında daxili əmək bazarının qorunması prinsipini daha da gücləndirib. Bununla yanaşı, Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqda davam edir. Dünya İqtisadi Forumunun “2016–2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı”nda Azərbaycan daha da irəliləyərək 138 ölkə arasında 37-ci yeri, əmək bazarının səmərəliliyi üzrə 26-cı yeri tutub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” üzrə görüləcək işlər Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin daha da artmasına imkan verəcək. Əmək miqrasiyası kvotası məsələsinə münasibətdə də mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi, yalnız yerli işçi qüvvəsi kifayət etməyən iş yerlərinə əməkçi miqrantların qəbulu prinsipi ilə yanaşı, eyni zamanda, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin getdikcə artmasına uyğun olaraq yüksəkixtisaslı əcnəbi işçi qüvvəsinin ölkəyə cəlb olunması prinsipi üstünlük təşkil edir”.

Nazir bildirib ki, qeyd olunan prinsiplər əsasında əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin qabaqcıl dünya təcrübəsi əsasında təkmilləşdirilməsi diqqətdə saxlanılır: “Beynəlxalq Miqrasiya Təşkilatı və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə əməkdaşlıqda icra olunan “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat” layihəsi də bu məqsədə yönəlib. Layihə çərçivəsində xarici və yerli ekspertlərlə birgə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə yeni metodologiyanın hazırlanması nəzərdə tutulub. Layihəyə uyğun olaraq ölkəmizin əmək bazarında əcnəbi işçi qüvvəsinə tələblə bağlı araşdırmalar da aparılır”.

Tədbirdə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin layihə rəhbəri xanım Violeta Vaqner “Azərbaycanda əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi üzrə tədqiqat” layihəsi və həmin layihə ilə əlaqədar görülən işlər, habelə aparılan araşdırmanın nəticələrinə dair təqdimatla çıxış edib. Həmçinin Mərkəzin layihə müşaviri Yekaterina Belukova, beynəlxalq ekspert, Maastrixt Unversitetinin professoru Melissa Siegel və başqaları əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi sahəsində dünya təcrübəsi və ona olan yanaşmalara dair çıxışlar ediblər. Tədbir layihənin icrası istiqamətində aparılan işlərə, araşdırmanın nəticələrinə və əmək miqrasiyası kvotasının tətbiqi mexanizminin təkmilləşdirilməsinə dair müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb