Əmək müqavilələrinin sayı artıb
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir. Bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min və ya 25,1 faiz artaraq bu il martın 1-nə 1 milyon 754 min təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və ya 55 faiz artaraq 836,7 minə çatıb.
Cari ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub.
Xəbərin mətnində orfoqrafik səhv var