CƏMİYYƏT
“Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklər pensiya məbləğinin artımına hüquqi təminatlar yaradacaq
Bakı, 13 may, AZƏRTAC
Parlamentdə “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin mayın 13-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanuna ümumilikdə 10 maddə üzrə 43 dəyişiklik nəzərdə tutulub. Təklif edilən bütün dəyişikliklər mahiyyət etibarilə müsbət xarakter daşıyır və vətəndaşların pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində sığorta prinsiplərinin daha da gücləndirilməsinə, 17-20 min vətəndaşımızın pensiyaya çıxma şərtlərinin yumşaldılmasına və pensiya məbləğinin artımına hüquqi təminatlar yaradacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:56]
Ağdamda əmək yarmarkası təşkil olunacaq
- 23.04.2024 [14:53]
Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb
- 23.04.2024 [14:52]