CƏMİYYƏT


Əmək qanunvericiliyinin tələblərini pozan tikinti şirkəti 20 min manat məbləğində cərimələnib

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinin “MƏNNUR Tikinti” MMC tərəfindən pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi, həmçinin fəhlənin tikinti zamanı az ağır dərəcəli bədən xəsarəti alması faktına dair Qazax Rayon Prokurorluğunda yoxlama aparılıb.

Rayon prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (əməyin mühafizəsi qaydalarının pozulması - zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə “MƏNNUR Tikinti” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.