CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi canlı yayımda ilk “Sosial saat”ı təqdim edib

Bakı, 10 oktyabr, AZƏRTAC

Bu gün saat 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi Facebook səhifəsində canlı yayımda ilk “Sosial saat”ı təqdim edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sosial saat”ın ilk yayımı əmək pensiyasının minimum məbləğinin artırılması mövzusunda idi. Yayımın vaxtı, mövzusu və dəvət edilmiş qonaq barədə əvvəlcədən ictimaiyyətə məlumatlar verilmişdi.

Yayım zamanı nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov əmək pensiyasının minimum məbləğinin artırılması, ümumən pensiya və müavinət təminatı, aparılan sosial islahatlarla bağlı vətəndaşların suallarına aydınlıq gətirib.

Bir saat davam edən yayım zamanı şərh bölməsinə yazılan ümumilikdə 181-dən çox vətəndaş müraciəti cavablandırıılıb.

Canlı yayıma müxtəlif vaxtlarda ümumilikdə 1700-dən çox istifadəçi qoşulub və canlı yayım 60 nəfər tərəfindən paylaşılıb.

“Sosial saat” öz fəaliyyətini açıq nazirlik statusuna uyğun quran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətə daha açıq olmaq və vətəndaş suallarını daha operativ şəkildə cavablandırmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.