CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib

Bakı, 14 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.

Aparat rəhbəri bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

Səsvermənin yekununa əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın 15 nəfərdən ibarət yeni tərkibi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.