Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə görüş keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) təşkilatçılığı ilə yerli və xarici şirkətlərin, biznes qurumlarının nümayəndələri üçün işgüzar görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkəmizdə iri təşkilatlardan biri olan Azərbaycanda Amerika Ticarət Palatasının respublikamızın iqtisadi həyatında rolunu vurğulayıb, nazirliklə Palata arasında səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. O belə görüşlərin dövlət sektoru ilə özəl sektor arasında dialoqun inkişafında, qarşılıqlı məlumatlılığın təmin edilməsində, müvafiq fəaliyyət sahələrində biznes strukturları ilə əməkdaşlığın məqsədyönlü təşkilində önəmini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərindən bəhs edən İ.İsayev sosial proqramların uğurla davam etdirildiyini, demoqrafik inkişaf şəraitində daim artan əmək resurslarından səmərəli istifadənin təmin edilməsinə yönələn aktiv məşğulluq tədbirlərinin həyata keçirildiyini bildirib. Nazir müavini eyni zamanda, ölkəmizdə sosial sığorta sistemindən ayrı olmaqla işsizlikdən sığorta sisteminin yaradılması üçün qanunvericiliyin formalaşdırılması işlərinin aparıldığını, əmək və sosial müdafiə sahələrində elektron texnologiyaların tətbiqi işlərin daim genişləndirildiyini bildirib. İ.İsayev bu görüşün də məşğulluq siyasəti və işsizlikdən sığorta sisteminin qurulması, habelə nazirliyin onlayn xidmətlər şəbəkəsinin genişləndirilməsi ilə bağlı məlumatların verilməsi, təqdimatlar əsasında fikir mübadiləsinin aparılması, biznes qurumlarının bu islahatlarla bağlı suallarının cavablandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədinə xidmət etdiyini bildirib.

Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi əməkdaşlıqdan məmnun olduqlarını qeyd edib, konstruktuv dialoqa imkan verən belə bir işgüzar görüşün təşkilinə görə minnətdarlığını ifadə edib. BP şirkətinin nümayəndəsi Leyla Novruzova bu görüşün qarşılıqlı məlumat mübadiləsi və müzakirələr üçün yaxşı imkan yaratdığını bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti şöbəsinin müdiri Elnur Süleymanov ölkəmizdə işsizlik sığortası sisteminin qurulması üçün hüquqi əsasların yaradılması işlərinə dair təqdimatla çıxış edib. E.Süleymanov nazirlik tərəfindən qabaqcıl beynəlxalq təcrübədən irəli gələn prinsiplər əsasında hazırlanan “İşsizlikdən icbari sığorta haqqında” qanun layihəsi barədə məlumat verib. O, layihədə əksini tapan mühüm müddəaları, işsizlikdən sığortanın ümumi prinsiplərini və s. diqqətə çatdırıb, həmçinin nəzərdə tutulan işsizlikdən sığorta tarifinin 1 faiz təşkil etməklə, dünya ölkələrində mövcud olan müvafiq tariflərlə müqayisədə ən aşağı tarif olduğunu qeyd edib. Şöbə müdiri dövlət məşğulluq siyasətinin icrasında, aktiv məşğulluq proqramlarının təşkilində işəgötürənlərin iştirakından, yeni Məşğulluq Konsepsiyası layhəsinin hazırlanmasından da bəhs edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov əmək və sosial müdafiə sahələrində avtomatlaşdırılmış xidmətlər şəbəkəsinin genişləndirilməsi, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin funksional imkanlarının artırılması üçün aparılan işlər barədə görüş iştirakçılarını məlumatlandırıb. E.Məcidov hələ 2014-cü ilin sonlarında “İş yerinə dair arayış” e-xidmətinin istifadəyə verildiyini, bu e-xidmətdən cari ilin 01 iyun tarixinədək ümumilikdə 300 min dəfəyə yaxın istifadə qeydə alındığını, onun işçilərlə yanaşı, işəgötürənlər üçün də önəmini diqqətə çatdırıb.

Şöbə müdiri yaradılması nəzərdə tutulan bir sıra yeni e-xidmətlər (“Elektron əmək kitabçası”, “Sığortaedənlər üçün online kargüzarlıq sisteminin tətbiqi”, “Məzuniyyət əmrlərinin işlənməsi”, “Əmək haqqının hesablanması, ödənilməsi və bu alt sistemdən rüblük hesabatlara keçid”, “İşçilərin təhsili haqqında məlumatın verilməsi”, “İşçilərin sağlamlıq imkanlarına dair məlumatın verilməsi”, “Məşğulluğa dair hesabatların digər alt sistemlərlə inteqrasiya edilmiş formada avtomatlaşdırılması”, “Yaranmış vakant iş yerinə uyğun gələn namizədin təqdim edilməsi” və s.) barədə məlumat verib, onların gələcəkdə istifadəyə verilməsinin işəgötürənlərin də müvafiq sahələrdə işlərinin xeyli asanlaşmasına səbəb olacağını bildirib.

Daha sonra AmCham üzvləri Nüşabə Cəfərovanın, Ümid Dumanın, Ruslan Ağayevin təqdimatları olub. Görüşdə rəy və təkliflər səsləndirilib. Habelə nazirliyin əməkdaşları Palata üzvlərinin müvafiq məsələlərə dair suallarını cavablandırıblar. Tədbir ümumi maraq doğuran məsələlərə dair qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib.

Azərbaycanda Amerika Ticarət Palatası ölkəmizin biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı biznes ittifaqıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox üzvdən və müxbir üzvdən ibarətdir. Palata Azərbaycanda xarici investisiyaların 80 faizini, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edir. Palatanın sənaye sahə komitələri vasitəsilə üzvlər məlumatlar bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həll yolları təklif edirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb