Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib

Bakı, 17 mart, AZƏRTAC

2017-ci ilin ilk aylarının yekunlarına dair statistik göstəricilər 2016-ci ili - qlobal iqtisadiyyat üçün çətin olan bir dövrü uğurla başa vuran ölkəmizin cari ildə artıq yeni inkişaf hədəflərinə doğru irəliləməkdə olduğunu göstərir. Ötən il makroiqtisadi sabitliyin təmin edildiyi ölkəmizdə artıq cari ilin yanvar-fevral aylarında iqtisadi artım qeydə alınıb - ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, o cümlədən sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 5,0 faiz çoxalıb. Ən başlıcası, iqtisadiyyatın qeyri-neft sektorunun hesabına inkişafı yönündə növbəti irəliləyişlər əldə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Novruz bayramı münasibətilə nazirlikdə təşkil olunan bayram toplantısında bildirib.

Nazir diqqətə çatdırıb ki, cari ilin ötən dövründə ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi işləri uğurla davam etdirilib: “Bu sahədə mühüm tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaları üçün aktivlərlə təminatına başlanması olub. Ötən ayın ortalarından bəri, yəni təqribən bir ay ərzində artıq 16 rayon üzrə 200 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə bizneslərini qurmaları mal və materiallar təqdim olunub. Hazırda bu işlər davam etdirilir və özünüməşğulluq proqramı çərçivəsində ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunanların sayı bu ayın sonunadək artıq 25 rayon üzrə təqribən 400 nəfərə çatacaq. Yaxın aylar ərzində isə proqramın yekunu olaraq 1500 nəfərin aktivlərlə təminatının tam yekunlaşacağı nəzərdə tutulur”.

S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamları ilə bu ilin yanvar ayında əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində pensiyaçıların 94 faizinin (1 milyon 240 min nəfərin) pensiyasında artımlar edilib. Minimum əməkhaqqının 116 manata çatdırılması ilə 146 min nəfər işləyən şəxsin əməkhaqqı artırılıb, bununla sosial sığorta daxilolmalarının da təqribən 10 milyon manatdan çox artmasına imkan yaranıb: “Sosial-iqtisadi həyatın ayrılmaz hissəsi olan əmək bazarında sabitlik təmin olunur. Prezidentin tapşırığına uyğun olaraq, ötən il olduğu kimi, cari ildə də sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində dövlət təşkilatlarında iş yerləri yaradılmaqla, bu barədə nazirliyin məşğulluq orqanlarına vakansiyaların təqdim edilməsi prosesi davam etdirilir. Görülən işlər nəticəsində cari ilin yanvar-fevral aylarında nazirliyin məşğulluq orqanları tərəfindən 24,4 min nəfər işsiz və işaxtaran vətəndaşın məşğulluğu təmin olunub. Bu dövrdə məşğulluq orqanlarının xətti ilə 520 nəfər, nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 26 nəfər olmaqla 546 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub”.

S.Müslümov vurğulayıb ki, ümumilikdə cari il ərzində sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi diqqətdə saxlanacaq, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə səmərəli məşğulluğun təmin olunması istiqamətində tədbirlər davam etdiriləcək: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, əmək münasibətləri, sosial yardım, əlilliyin qiymətləndirilməsi, sığorta-pensiya sistemi və s. sahələrdə aparılan islahatlar gözlənilən müsbət nəticələrini verərək, bu sahələrdə müasir və şəffaf xidmətlər şəbəkəsinin, səmərəli idarəçiliyin formalaşmasına imkan yaradıb. Ən başlıcası ictimai məmnunluğa səbəb olan bu islahat tədbirləri nazirliyin fəaliyyət sferalarında getdikcə daha da genişlənəcək”.

Ölkəmizdə milli-mənəvi dəyərlər sisteminin inkişafı, eyni zamanda dünyada geniş təbliği istiqamətində də mühüm işlər aparıldığını qeyd edən nazir bildirib ki, bu gün artıq Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısındadır və BMT mart ayının 21-ni “Beynəlxalq Novruz Günü” elan edib. Bu nailiyyətlərin əldə olunmasında, xalqımızın yüksək mənəvi keyfiyyətlərini ifadə edən adət-ənənələrimizə, mədəni irsə daim hörmət və ehtiramla yanaşılmasında, onların qorunub saxlanması və inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xalqımız tərəfindən daim yüksək dəyərləndirilir”.

Novruz bayramının milli ruhla ümumbəşəri dəyərləri eyni dərəcədə özündə təcəssüm etdirən bir bayram olduğunu vurğulayan S.Müslümov nazirliyin kollektivini Novruz bayramı münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb.

Bayram tədbiri incəsənət ustalarının ifasında konsert proqramı, həmçinin nazirlik əməkdaşlarının uşaqlarının şer, mahnı, rəqs və s. növlərdə ifaları ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq

Pekin Blinkenin Çinə qarşıdakı səfərini yüksək qiymətləndirir

Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılacaq

Müəllimlərin sertifikatlaşdırılması prosesinin tarixi açıqlanıb

Mayın 1-dən birinci siniflərə qəbul prosesinə başlanılır

DİN: Qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər nəticəsində 21 əcnəbi saxlanılıb VİDEO

Çin Fələstinin BMT-yə tam üzvlüyünü dəstəkləyir

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib