Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində regionların inkişafına dair tapşırıqların icrasına həsr olunmuş müşavirə keçirilib

Bakı, 6 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə görüləcək işlərə dair müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyevin hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində ölkəmizin regionlarında sürətli sosial-iqtisadi inkişafın təmin ediləcəyi ilə bağlı bəyan etdiyi vədlər ötən dövrdə bölgələrin dinamik inkişafında öz əməli təsdiqini tapıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident bununla əlaqədar “Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirilib. Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir”,- deyə vurğulayıb.

Nazir bildirib ki, dövlət başçısının təşəbbüsü və konkret tapşırığı əsasında regionların sosial-iqtisadi inkişafı məqsədilə 2004-cü ilin fevralında qəbul edilən ilk Dövlət Proqramı (2004-2008-ci illər), eyni zamanda, sonralar qəbul edilən ikinci (2009-2013-cü illər) və üçüncü (2014-2018-ci illər) Dövlət Proqramlarının uğurlu nəticələri qeyri-neft sektorunun inkişafına da təkan verib: “Son 14 ildə milli iqtisadiyyatda 3,2 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,8 dəfə və qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artıma, ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 1,8 milyard dollardan 42 milyard dollara çatdırılmasına, ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna nail olunub. Həmin uğurlar bölgələrin sosial mənzərəsini müasirləşdirən bütün lazımi infrastruktur layihələrinin icrası, 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikilməsi və ya təmiri, 12,3 min kilometr yolun çəkilməsi, 443 körpünün inşası, 30 elektrik stansiyasının tikilməsi, qazlaşdırmanın 51 faizdən 93 faizə (şəhərlərdə 100 faizə), fasiləsiz içməli su təminatının 26 faizdən 67 faizə (Bakı şəhərində 81 faizə) çatdırılması və s. kimi xüsusi önəm kəsb edən sosial nailiyyətlərin qazanılması ilə müşahidə olunub. Həmin Proqramların ən mühüm uğurlarından biri də əsasən regionlarda olmaqla çoxsaylı iş yerlərinin açılması, ölkədə işsizlik və yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı enməsidir”.

Qeyd edilib ki, xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi bölgələrdə əmək resurslarının məşğulluğunun əhəmiyyətli şəkildə artırılmasında əhəmiyyətli rol oynayıb. Ölkəmizin bütün regionlarını əhatə edən aktiv məşğulluq tədbirləri, o cümlədən rayon və şəhərlərdə əmək yarmarkaları təşkil edilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarının da 84 faizi regionlar üçün xarakterik olan ənənəvi kənd təsərrüfatı sahələrini əhatə edir: “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bir daha “Bu il biz özünüməşğulluq proqramını daha böyük həcmdə icra edəcəyik. Bu proqramı biz demək olar ki, keçən il icra etməyə başlamışıq. İlkin nəticələr müsbətdir. Bu il isə atılan addımlar, aparılan islahatlar nəticəsində kifayət qədər böyük - 30 milyon manatdan çox vəsait olacaq və 6 min, bəlkə də 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək. Bu, həm iqtisadi, həm də psixoloji cəhətdən çox gözəl layihədir, gözəl təşəbbüsdür”, deyə söyləyib. Qarşımızda duran əsas vəzifə dövlət başçısının tapşırığına uyğun olaraq, cari il ərzində 7 minə qədər aztəminatlı ailəyə aktivlər verməklə onların kiçik ailə təsərrüfatlarını qurmalarını təmin etməkdir. Proqrama cəlb ediləcək ailələrin 83 faizinin regionlarda yaşayan ailələrdən ibarət olması nəzərdə tutulur”.

Bölgələrdə işçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması işlərindən bəhs edən nazir bildirib ki, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində yaradılan Regional Peşə Tədris Mərkəzləri bu sahədə əhəmiyyətli rola malikdirlər: “Son illərdə həmin Mərkəzlərdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, onların maddi-texniki bazası gücləndirilib: “Əsas vəzifələrimizdən biri də bölgələr üzrə peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsidir. 2014-2018-ci illərdə regional inkişaf üzrə Dövlət Proqramına uyğun olaraq, regionlarda əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması istiqamətində də məqsədyönlü işlər aparılıb. Həmçinin gənc kadrların iş axtarmaq bacarıqlarının inkişafına dəstək məqsədilə BMT İnkişaf Proqramı ilə birgə Bakı, Sumqayıt, Gəncə şəhərlərində, son illərdə isə Masallı rayonunda SYSLAB Təlim-Tədris Mərkəzləri yaradılıb. Məşğulluq mərkəzlərinin xidmətlərinin daha səmərəli vasitələr, daim yenilənən informasiya bazası üzərində formalaşdırılması sahəsində işlərə ilk olaraq İsmayıllı rayonundan başlanılıb və son illər həmin rayonda müasir iş metodlarına əsaslanan ilk pilot mərkəz qurulub”.

Nazir məlumat verib ki, ötən dövrdə əlil və şəhid ailələri üçün inşa olunan çoxsaylı fərdi və çoxmənzilli yaşayış binalarının böyük əksəriyyəti bölgələrin payına düşür: “O cümlədən son bir ildə müharibə əlilləri və şəhid ailələrinə təqdim edilən 315 mənzil və fərdi yaşayış evindən 65 faizə qədəri regionlardadır. Ümumilikdə indiyədək nazirliyin xətti ilə 6100 nəfər əlil və şəhid ailəsi nazirlik tərəfindən mənzillə təmin olunub ki, onlardan 93,5 faizinə və ya 5703 nəfərinə son 14 ildə mənzil verilib. Hazırda daha iki rayonda - İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının, eyni zamanda, bölgələrdə fərdi yaşayış evlərinin tikintisi işləri davam etdirilir”.

Müşavirədə, həmçinin son 14 ildə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzlərinin, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialının istifadəyə verildiyini, Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzlərinin yaradıldığını bildirilib: “Gələcəkdə digər bölgələr üzrə də yeni regional bərpa mərkəzlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, son illərdə Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlar səviyyəsində reabilitasiya şəraiti yaradılıb və hazırda bölgələrdəki ayrı-ayrı bərpa mərkəzlərində də müasir tələblərə uyğun reabilitasiya şəraitinin qurulması işləri aparılır. Onların, o cümlədən Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının əsaslı təmirdən sonra cari il ərzində istifadəyə verilməsi planlaşdırılır.

Nazir qeyd edib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə 2010-2012-ci illərdə Naxçıvan, Gəncə və Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün yaradılan Regional İnformasiya Mərkəzləri həmin bölgələrdə qeyd olunan şəxslərin İKT-dən istifadə imkanlarına yiyələnmələrində, ümumən cəmiyyətə inteqrasiyasında xüsusi əhəmiyyət kəsb edir: “Əlilliyi olan şəxslərin protez-ortopedik xidmətlərlə yaşadıqları bölgədə təminatı üçün son illərdə bu sahədə səyyar xidmətlərə başlanılıb. Təkcə ötən il regionlarda 1011 nəfər əlilliyi olan şəxsə səyyar qaydada xidmətlər göstərilib, həmçinin müvafiq hallarda onlara reabilitasiya vasitələri, o cümlədən əlil arabaları yaşadıqları rayon və ya şəhərdə təqdim edilib”.

Nazir bildirib ki, sosial xidmətlərin regionlar üzrə əhatə dairəsi də genişləndirilib. Sosial sifarişlər üzrə icra olunan layihələrin əksər hissəsi regionları əhatə edir. Həmin layihələr çərçivəsində, eyni zamanda, ölkənin müxtəlif rayon və şəhərlərində günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzləri fəaliyyət göstərir, çətin həyat şəraitində olan uşaqlar, lazımi hallarda ailələri reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilirlər: “Bölgələrdəki sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şərait yaradılması işləri aparılır. Bu il Gəncə şəhərindəki Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi də əsaslı təmirdən sonra istifadəyə veriləcək. Yeni sosial xidmət müəssisələrinin yaradılması işlərinin davamı olaraq, Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin də cari il ərzində istifadəyə verilməsi nəzərdə tutulur”.

Dövlət başçısının tapşırıqları əsasında hər ay bölgələrdə vətəndaşların qəbulunun həyata keçirildiyi, regionların sakinlərinin müraciətləri ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.

Müşavirədə ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlər ətraflı müzakirə olunub. Qeyd edilən Dövlət Proqramının icrasının beşinci ilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə həyata keçiriləcək tədbirlər nəzərdən keçirilib. Bununla əlaqədar nazirliyin yerli struktur bölmələrinin aidiyyəti üzrə təkliflərini təqdim etmələri tapşırılıb.

Müşavirədə regionlarda əmək bazarının monitorinqi, sosial müdafiə, tibbi-sosial reabilitasiya və aktiv məşğulluq tədbirlərinin təşkili və digər aidiyyəti məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO