CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatı təsis olunub

Bakı, 27 iyul, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis yığıncağı keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, yığıncağa sədrlik edən ƏƏSMN-in aparatının rəhbəri Anar Əliyev bildirib ki, nazirliyin aparatının şöbələrinin, nazirlik yanında iki xidmət aparatının və onların tabeçiliyində olan üç təşkilatın 735 nəfər həmkarlar təşkilatı üzvü, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin və Bakı şəhərindəki bir sıra reabilitasiya müəssisələrinin 1195 həmkarlar ittifaqı üzvü bir həmkarlar təşkilatında birləşmək barədə təklif irəli sürüblər. Hazırkı tədbir da bu təkliflə əlaqədar nazirliyin Bakı şəhəri üzrə Birləşmiş Həmkarlar İttifaqı Təşkilatının təsis olunması məsələlərinə həsr olunub.

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Aparatının rəhbəri Şaiq Əhmədov qeyd olunan təklifə komitənin münasibətini bildirib və təşkilatın təsis olunmasının məqsədəuyğun olduğunu qeyd edib.

Nazirliyin aparat rəhbərinin müavini Bəxtiyar Əzizov təşkilatın komitəsinin sədri seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.