CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumların rəhbərləri 4 rayonda vətəndaşlarla görüşüblər

Bakı, 13 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov İmişli rayonunda, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Gədəbəy rayonunda, Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sabirabad rayonunda, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Quba rayonunda vətəndaşları qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya, sosial təminat, pensiya və müavinət, sosial xidmətlər, imtiyazlı şəxslərin mənzil və fərdi evlə, avtomobillə təminatı, aktiv məşğulluq tədbirlərinə, habelə özünüməşğulluq proqramına cəlb olunma sahələrinə dair vətəndaş müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər aidiyyəti üzrə araşdırılaraq cavablandırılıb, bir sıra məsələlər yerindəcə həll olunub, ayrı-ayrı müraciətlərlə əlaqədar vətəndaşlara izahatlar verilib.

Mayın əvvəllərindən başlanan vətəndaş qəbulları hər həftə keçirilir. Hər bir qurum rəhbərinin keçirəcəyi qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq bölgə üzrə vətəndaşlara əvvəlcədən məlumat verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.