CƏMİYYƏT


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb-saytı yeni dizayn və domenlə istifadəyə verilib

Bakı, 7 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsi olan www.sosial.gov.az yeni dizaynla istifadəyə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, saytın yeni versiyası müasir, eyni zamanda, sadə dizaynı, əmək, məşğulluq, sosial təminat və digər müvafiq sahələr üzrə zəngin və yenilənmiş məlumatları əhatə etməsi, informasiya açıqlığını təmin etməsi ilə seçilir.

Ümumi məlumatlarla yanaşı, saytda nazirliyin xidməti kontingentinə aid əhali qruplarının (pensiyaçılar, əlilliyi olan şəxslər, işsiz və işaxtaran vətəndaşlar, aztəminatlı ailələr və s.) hər birinin maraq dairəsinə aid məlumat və xidmətlərə sadə prosedurlarla əlçatanlığı üçün konkret sahə üzrə bölmələr fəaliyyət göstərir.

Həmçinin sosial təminat növləri, aktiv məşğulluq tədbirləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, müraciətlər, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, bu təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.

Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) 2018-ci ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı ötən il ən çox istifadə edilən rəsmi saytlar sırasında birinci olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.