Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əmək və əhalinin sosial müdafiəsi naziri Şəmkir rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Şəmkir rayonunda 5 rayonun sakinləri ilə görüşüb

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şəmkir rayonunda bu rayonun və Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətlər imtiyazlı şəxslərin mənzillə və reabilitasiya vasitələri ilə təmin edilməsi, müxtəlif sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, əmək qanunvericiliyi, sığorta-pensiya münasibətləri, bərpa müalicəsinə köməklik göstərilməsi, aktiv əmək bazarı proqramlarına cəlb olunma və s. məsələlərlə bağlı olub. Vətəndaşların qeyd olunan məsələlərlə bağlı müraciətlərinin bir hissəsi sorğu xarakteri daşıyıb və müvafiq mövzularda onlara qanunvericiliyə uyğun şəkildə ətraflı izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlərin isə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılması və cavablandırılması, ayrı-ayrı məsələlərin həlli ilə əlaqədar konkret tədbirlərin görülməsi təmin edilib.

S.Müslümov vətəndaşlarla görüşdə imtiyazlı şəxslərin mənzillə təminatı işlərinin davam etdirildiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il iyunun 20-də imzaladığı Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-2016-cı illərdə və bu ilin ötən dövründə 600 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi müasir tələblərə uyğun inşa olunmuş mənzillərlə təmin edilib. Həmçinin bu dövrdə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında 35-dək fərdi yaşayış evi inşa olunaraq Qarabağ müharibəsi əlili və şəhid ailələrinə təqdim olunub. Hazırda bu rayonlarda daha 15 fərdi ev də inşa olunur ki, onlardan bir qismində artıq son tamamlama işləri aparılır. Bu beş rayon üzrə növbədə olan digər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün də evlərin tikintisi nəzərdə tutulur”.

İşlə təmin edilmək üçün müraciət edən vətəndaşların və onların ailə üzvlərinin məşğulluq məsələsi də yerindəcə araşdırılıb. Onlara yaşadıqları ərazi üzrə münasib olan vakant iş yerləri təklif olunub və seçimləri əsasında peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. S.Müslümov bildirib ki, aqrar sahənin inkişafının stimullaşdırılması məqsədilə görülən tədbirlər, eləcə də son illərdə Şəmkirçay və Tovuzçay su anbarlarının istismara verilməsi, Ağstafa rayonunda sənaye parkının fəaliyyətə başlaması, Şəmkirdə aqroparkın yaradılması işləri və s. bu bölgədə kənd təsərrüfatının inkişafına, nəticədə ənənəvi kənd təsərrüfatı sektorları üzrə əmək tutumlu sahələrin genişlənməsi ilə məşğulluq imkanlarının artmasına imkan yaradıb: “Bu proseslərlə paralel olaraq, aktiv məşğulluq tədbirləri də davam etdirilir və bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 min 137 nəfər şəxsin məşğulluğu təmin edilib. O cümlədən, son 4 ayda nazirliyin məşğulluq orqanlarının xətti ilə Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarında 1 min 634 nəfərin münasib iş yerləri ilə təminatı həyata keçirilib. Özünüməşğullluq proqramı bu 5 rayonu da əhatə edir. Həmin rayonlar üzrə işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər də müvafiq təlim kurslarına cəlb ediliblər. Kursları bitirənlər sırasından Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları üzrə 102 nəfərin biznes-planları uğurlu hesab edilib və hazırda onlara öz təsərrüfatlarını, ailə bizneslərini qurmaları üçün aktivlərin alınıb verilməsi məsələləri həyata keçirilir”.

Müraciətlərinə uyğun olaraq, ayrı-ayrı vətəndaşların nazirliyin reabilitasiya müəssisələrinə bərpa-müalicəsinə qəbul edilməsi, müxtəlif protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunmaları, əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyasına cəlb edilmələri və s. barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verilib.

Vətəndaşlarla görüşdə S.Müslümov bu gün artıq əmək münasibətləri, sosial yardım təyinatı, əlilliyin qiymətləndirilməsi, sığorta-pensiya sistemlərinin bütünlüklə avtomatlaşdırılmış infrastruktur üzərində fəaliyyət göstərdiyini vurğulayıb: “Beləliklə də, həmin sahələrdə dövlət xidmətləri əhaliyə elektron qaydada, şəffaf şəkildə təqdim edilməklə, məmur-vətəndaş kontaktları sıfıra endirilib. Bunun nəticəsidir ki, vətəndaşlarla belə görüşlərdə biz artıq xidmət sahələrində məmur-vətəndaş münasibətlərdən irəli gələn şikayət xarakterli müraciətlərlə çox az qarşılaşırıq, əksinə, vətəndaşlar xidmətlərin bu cür şəffaf şəkildə qurulmasından məmnunluqlarını ifadə edirlər”.

Qəbula gələn vətəndaşlar ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün aparılan islahatların uğurlu nəticələrindən, xüsusən bu islahatlar zamanı sosial rifah amilinin ön planda saxlanmasından, sosial məsələlərin həlli istiqamətində atılan mühüm addımlardan, habelə kənd rayonları əhalisinin məşğulluq imkanlarının artırılmasına yönələn kompleks tədbirlərdən məmnunluqla bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO