CƏMİYYƏT


Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

Bakı, 23 iyun, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətləri ilə tanış olub. Burada Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir mərkəzdə yaradılmış şərait, tətbiq olunan fizioterapevtik müalicə prosedurları, əlillərin tibbi, sosial, habelə peşə diaqnostikası və reabilitasiyası üçün aparılan işlərlə tanış olub.

Sahil Babayev mərkəzdə bərpa müalicəsinə cəlb edilmiş əlilliyi olan şəxslərlə görüşüb, göstərilən xidmətlərlə, tətbiq olunan bərpa müalicəsi prosedurlarının nəticələri ilə bağlı onların fikirlərini öyrənib.

Müəssisədə tibbi reabilitasiya olunanlar ölkəmizdə fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşdırılması, onların həm tibbi, həm də sosial reabilitasiya proqramlarına cəlb olunması və sosial müdafiəsi istiqamətində fəal dövlət siyasətinin aparıldığına görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Müəssisənin kollektivi ilə görüşdə nazir reabilitasiya sisteminin əlilliyi olan şəxslərin sağlamlığının bərpası, onların sağaldılaraq cəmiyyətə qaytarılması və reabilitasiya səviyyəsinin artırılması məqsədinə xidmət etdiyi barədə danışıb. Qeyd olunub ki, digər bərpa müəssisələri kimi, Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi də fəaliyyətini həmin məqsədə doğru qurmalıdır. Əlilliyi olanlara xidmətlər yalnız tibbi yanaşma əsasında deyil, həmçinin sosial reabilitasiyayönümlü olmalıdır.

Nazir bərpa müalicəsi prosedurlarında konkret səmərəli nəticələrə imkan verən təkmilləşdirmə işlərinin aparılması, həkim-reabilitoloqların peşəkarlıq səviyyələrinin artırılması, əlilliyi olan insanlarla işin fərdi reabilitasiya planları əsasında təşkil edilməsi, onlara daim qayğı və həssaslıqla yanaşılması və s. barədə tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.