CƏMİYYƏT
Əmək və əhalinin sosial müdafiəsi nazirinin Daşkəsəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Bakı, 25 avqust, AZƏRTAC
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Daşkəsəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilərək avqustun 30-dan avqustun 29-na keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, S.Müslümov həmin gün saat 10:00-da Daşkəsən, Samux, Göygöl, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı, Daşkəsən rayonu üzrə (022) 305-33-47, Gəncə şəhəri, Samux, Göygöl, Kəlbəcər rayonları üzrə (022) 256-74-94 telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciətləri araşdırılaraq cavablandırılacaq və müvafiq tədbirlər görüləcək.