MƏDƏNİYYƏT
Əməkdar Artist Fərqanə Qasımova solo konsert proqramı ilə çıxış edəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Əməkdar Artist Fərqanə Qasımovanın solo konserti olacaq.
Beynəlxalq Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə F.Qasımova "Nəva" dəstgahını ifa edəcək.
Klassik muğamdan biri olan "Nəva" uzun müddətdir Azərbaycanda ifa olunmur. F.Qasımova "Nəva"nı seçməklə muğam sənətinin unudulmaqda olan bu muğamı yenidən gündəmə gətirmək istəyir. "Nəva" İranda daha çox populyardır. Böyük xanəndələr üçün bu muğamı ifa etmək sənətkarlıq dərəcəsini, ustalığı göstərən mərhələ sayılır.
Konsertdə F.Qasımovanı Azərbaycanlı ifaçılarla yanaşı, İrandan olan iki musiqiçi də müşayiət edəcək.
Biletləri şəhərimizin kassalarından əldə edə bilərsiniz.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]