MƏDƏNİYYƏT
Əməkdar Artist Nigar İbrahimova Belarus Opera və Balet Teatrının səhnəsində VİDEO
Bakı, 16 yanvar, AZƏRTAC
Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına Belarus Milli Akademik Böyük Opera və Balet Teatrından növbəti dəvət məktubu daxil olub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, balet truppasının gənc və istedadlı solisti, Əməkdar Artist Nigar İbrahimova yanvarın 22-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Adolf Adanın “Jizel” baletində Jizel partiyasını ifa etmək üçün dəvət olunub.
Milli balet sənətimizin bənzərsiz simalarından olan Nigar İbarhimova 2004-cü ildən teatrın balet truppasında çalışır. Turuppanın aparıcı solisti kimi bir çox tamaşalarda böyük uğurla çıxış edir . O, dəfələrlə ölkəmizi Türkiyə, Rusiya, Belorus, Fransa, Qırğızıstan və başqa ölkələrdə müvəffəqiyyətlə təmsil edib. İstedadlı aktrisanın ən böyük uğurlarından biri də ötən ilin sentyabrında Moskvada Kreml sarayında balet artistlərinin Rusiya və Avropadan olan beynəlmiləl heyətinin tərkibində F.Əmirovun “Min bir gecə” baletinin tamaşasında Şəhrizad rolunu ifa etməsidir.