CƏMİYYƏT


Əməkdar Jurnalistin kitabının təqdimatı olub

Bakı, 4 mart, AZƏRTAC 

Martın 4-də jurnalist Şəmsiyyə Kərimovanın 60 illik yubileyinə həsr olunan toplantı, onun yeni çap edilmiş kitabının təqdimatı keçirilib.

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkil etdiyi tədbirdə Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, deputat Novruzəli Aslanov, Ahıl Jurnalistlər Məclisinin sədri, veteran jurnalist Yusif Kərimov, deputat Tahir Rzayev və başqaları yubilyarın fəaliyyəti haqqında söhbət açıblar. Bildirilib ki, 2010-cu ildə Ş.Kərimova Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb. Təqdimatı keçirilən “Şəmsiyyənin kitabı” müəllifin 40 illik zəhmətinin bəhrəsi kimi dəyərləndirilib. Qeyd edilib ki, kitabda əsasən Şəmsiyyə Kərimovanın qələm dostları, həmkarları ilə bağlı oçerkləri toplanıb. Həmin oçerklər isə bütöv bir tarixi mərhələyə işıq salmaq baxımından önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.