MƏDƏNİYYƏT


Əməkdar Mədəniyyət İşçisi Aybəniz Vəkilovanın xatirəsi yad edilib

Bakı, 14 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 14-də Səməd Vurğunun ev-muzeyində Əməkdar Mədəniyyət İşçisi Aybəniz Vəkilovanın xatirəsi yad edilib.

AZƏRTAC xəbər verir ki, muzeyin direktoru Nüşabə Vəkilova-Babayeva A.Vəkilovanın ömür yoluna və gördüyü işlərə nəzər salıb.

Bildirib ki, o, atası haqqında nəşr olunan kitabların redaktoru, məsləhətçisi və Səməd Vurğun irsinin layiqli təbliğatçısı kimi yorulmaz fəaliyyət göstərib. Eyni zamanda, S.Vurğunun ev-muzeyinin direktoru və Vurğun Fondunun prezidenti olub.

Diqqətə çatdırılıb ki, onun fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Belə ki, ona “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib və fərdi təqaüd təyin edilib. Vəfatından bir il əvvəl isə Aybəniz xanım Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, tarixçi-jurnalist Şəmistan Nəzirli, AMEA-nın əməkdaşı, vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy və digər elm, mədəniyyət, incəsənət xadimləri, mərhumun yaxın rəfiqələri onunla bağlı xatirələrini dilə gətiriblər.

Ev- muzeyinin əməkdaşı Mələk İbrahimova Səməd Vurğunun müxtəlif vaxtlarda qızına yazdığı şeirləri əzbər söylənib və Aybəniz xanımın ömrünün müxtəlif anları haqqında söhbət açıb.

Sonda Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Fransada musiqi təhsili alan gənc pianoçu Vurğun Vəkilov vaxtilə nənəsinin çox sevdiyi əsərləri- Raxmaninovun və Şopenin musiqisindən seçmələr ifa edib.

Sonda Aybəniz Vəkilovaya həsr edilmiş film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.