MƏDƏNİYYƏT
Əməkdar Rəssam Əşrəf Heybətovun Berlində açılacaq sərgisi qadınlara həsr olunub
Bakı, 18 avqust, AZƏRTAC
Bu gün Berlində Əməkdar Rəssam Əşrəf Heybətovun sərgisi açılacaq. “Tənha qadın üçün gül” adlanan sərgidə qadın obrazlarını əks etdirən rəngkarlıq və qrafika əsərləri yer alıb.
AZƏRTAC xəbər verir ki, avqustun axırınadək davam edəcək sərgidə rəssamın 85 əsəri nümayiş olunacaq.
Qeyd edək ki, Əşrəf Heybətov 1991-ci ildən UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədri, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, "Dünya xalqları incəsənəti” Beynəlxalq Assosiasiyasının mükafatı laureatıdır. Bundan başqa, fırça ustası Rusiya Federasiyası Rəssamlar İttifaqının, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür. O, “Azərbaycan-Almaniya” Dostluq Cəmiyyətinin idarə heyətində də təmsil olunur. Hazırda Almaniyada yaşayan rəssam “Bakı” Mədəniyyət Cəmiyyətinin sədridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:32]
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
- 20.04.2024 [14:18]
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
- 20.04.2024 [12:03]
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
- 20.04.2024 [10:56]
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
- 20.04.2024 [10:43]
Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur
- 20.04.2024 [00:32]
Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub
- 19.04.2024 [22:41]