MƏDƏNİYYƏT


Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

Teatrlaşdırılmış tədbirdə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş etdiriləcək.

Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.