MƏDƏNİYYƏT


Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunub

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, teatrlaşdırılmış tədbirdə əvvəlcə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınıb, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş olunub.

Sonra aktrisanın həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, o, 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 1997-ci ildə “Qızıl Dərviş” mükafatı ilə təltif olunub. 2013-cü ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2014-cü ildə beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Diqqətə çatdırılıb ki, aktrisa “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib. Bundan başqa, “Yeddi oğul istərəm”, “Aktrisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” filmlərində də o rol alıb. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.

Tədbir teatrlaşdırılmış səhnəciklərlə davam edib.

Qeyd edək ki, yubiley mərasiminin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.