MƏDƏNİYYƏT


Əməkdar artist Əyyub Quliyev Türkiyənin məşhur orkestrinə dirijorluq edib

Bakı, 15 fevral, AZƏRTAC

Türkiyənin Bilkent Konsert Salonunda Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Bilkent Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru deyib ki, konsertdə Ankara Dövlət Opera və Balet Teatrının solistləri möhtəşəm ifalarla çıxış edib.

“Konsertdə Türkiyənin tanınmış opera müğənniləri Feryal Türkoğlu (soprano), Ferda Yetişer (metso-soprano), Umut Kosman (bariton) və Arda Doğan (tenor) iştirak edirdi. Bu konsertlə bağlı bir neçə ay öncə məlumat verildikdən dərhal sonra biletlərin hamısını satılıb. Anşlaqla keçən konsertdə dünya opera və operettalarından ən parlaq nümunələr ifa olundu. Konsertin sonunda iki qardaş ölkənin görkəmli sənət adamları, ölkəmizin Türkiyədəki səfirliyinin nümayəndələri musiqiçiləri təbrik edərək musiqili gecə ilə bağlı təəssüratlarını bölüşdü”, - deyə Ə. Quliyev söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.