MƏDƏNİYYƏT
Əməkdar artist Çinarə Əlizadə Polşa teatrında çıxış edib
Bakı, 5 fevral, AZƏRTAC
Varşava Böyük Teatrı və Milli Operasında (Teatr Wielki – Opera Narodowa) Aleksandr Dümanın “Kameliyalı qadın” adlı romanı və görkəmli polyak bəstəkarı F.Şopenin musiqisi əsasında hazırlanmış balet nümayiş edilib.
Ölkəmizin Polşadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində Marqarita obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə canlandırıb. Həmyerlimizin çıxışı maraqla qarşılanıb. Səhnə əsərini Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov da izləyib. Çinarə Əlizadə, eyni zamanda, Polşa Milli Baletinin birinci solistidir.
Qeyd edək ki, baletin xoreoqrafı Hamburq Balet Teatrının direktoru Con Noymayer, rəssamı isə Yurgen Rozedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]