REGİONLAR


Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Ağdam rayonunda olub

Ağdam, 12 avqust, AZƏRTAC

XVIII əsrə aid Şahbulaq qalasında Xurşidbanu Nətavan filminin çəkilişində Natəvan rolunu canlandıran Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Ağdam rayon Heydər Əliyev Mərkəzində olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, F.Xələfova Şahbulaq qalasının 1980-ci il eskiz layihəsini Heydər Əliyev Mərkəzinə hədiyyə edib. Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovla Şahbulaq qalasının eskiz layihəsinin müzakirəsi zamanı Fəxriyə xanım Qarabağ müsəlman arxitekturasına aid olan kümbəzin işğal dövründə erməni vandalları tərəfindən silinərək özlərinə məxsus formaya salındığını bildirib. Qeyd olunub ki, yaxın vaxtlarda dövlət başçısının tapşırığına əsasən Şahbulaq qalası təmir olunaraq əvvəlki formasında qaytarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.