ELM VƏ TƏHSİL


Əməkdar jurnalist məktəblilərlə görüşüb

Bakı, 15 mart, AZƏRTAC

“Məktəbdə...” layihəsinin növbəti qonağı televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli olub.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Layihənin növbəti görüşü Bakı şəhəri 263 nömrəli tam orta məktəbdə keçirilib.

Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə Q.Məhərrəmli özünün məktəb illəri, müəllimləri ilə bağlı xatirələrindən, dövrünün məktəb mühiti ilə bu günün müqayisəsindən, müəllimlərinin həyatında oynadığı roldan, məşğul olduğu fəaliyyət sahələrindən, insanın öz peşəsində uğur qazanmasına səbəb olan amillərdən danışıb.

Qonaq daha sonra Azərbaycanın milli adət-ənənələri, elm və mədəniyyətinin təbliği, ana dilimizin inkişafı, qorunması istiqamətində məktəbin üzərinə düşən vəzifələrdən söz açıb. O, informasiyanın insan həyatındakı rolu və öyrədici informasiyanı seçmək bacarığı haqqında da danışıb. Qonaq ixtisas seçimi astanasında olan gənclərə diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, şagirdləri düşündürən sualları cavablandırıb.

Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.