CƏMİYYƏT


Əməkdaşların bilik və praktik bacarıqlarının inkişaf etdirilməsi üçün növbəti təlim keçirilib

Bakı, 13 iyul, AZƏRTAC

“Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təşkil edilən növbəti təlim nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təlimçi əməkdaşları üçün təşkil edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimin əsas məqsədi dövlət məşğulluq xidmətlərinin daha innovativ və müasir səviyyədə təşkili sahəsində aparılan işlərin dəstəklənməsi olub. Bakı şəhərində və Göyçay rayonunda təşkil edilən üç gün davam edən təlimdə 11 əməkdaş iştirak edib. Beynəlxalq ekspertlər tərəfindən onlara müvafiq sahədə təlimçi kimi peşəkarlıq səviyyələrinin artırılması üçün bilik və bacarıqlar, yeni təlim metodologiyaları öyrədilib.

Təlim başa çatandan sonra iştirakçılara sertifikatlar təqdim edilib. Onlar işaxtaranlar və işəgötürənlərlə işləyən yerli məşğulluq mərkəzlərinin digər əməkdaşlarına yüksək xidmət göstərmək üçün zəruri bilik və bacarıqları tədris edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.