CƏMİYYƏT


Əməkhaqqı artımı ilə əlaqədar 94 min nəfərin pensiyası 30 faizdən çox artacaq

Bakı, 4 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət sektorunda əməkhaqlarının ciddi şəkildə artımı qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da 30 faizdən çox artmasına səbəb olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onların sırasına dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları, xüsusi rütbəli şəxslər və başqaları daxildir.

Həmin şəxslərin çalışdıqları sahələr üzrə əməkhaqlarının artımı ilə əlaqədar qanunvericiliyə əsasən onların əmək pensiyaları da yenidən hesablanaraq artırılır. Onların pensiyalarına edilən artımlar əməkhaqlarının artırıldığı vaxtdan hesablanaraq ödənilir.

Beləliklə, ötən ay dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında minimum pensiyanın 200 manata çatdırılması 660 min vətəndaşın, əməkhaqlarının artımı isə xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının əhəmiyyətli dərəcədə artmasına imkan verib. Nəticədə bu il ərzində həyata keçirilən ikinci sosial paket 750 mindən çox vətəndaşın pensiyasının ciddi şəkildə artması ilə nəticələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.