İQTİSADİYYAT


Əməkhaqqı hesablanarkən gəlir vergisinə hansı güzəştlər tətbiq edilir?

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan qanunvericiliyində vətəndaşların sosial vəziyyəti nəzərə alınmaqla müəyyən güzəştlər nəzərdə tutulur.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlərə əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.

Ekspert bildirib ki, fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq olunur. Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq olunur və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

N. Xəlilov, həmçinin qeyd edib ki, əmək müqaviləsi əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır: “Həmin sənədlərin siyahısı Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” adlı qərarında göstərilib. Hansı güzəştin edilməsi üçün hansı sənədlərin təsdiqedici sənəd hesab edilməsi həmin qərara əsasən müəyyən edilir. Şəxsin əməkhaqqından vergi hesablanarkən 400, 200,100 və 50 manatlıq güzəşt nəzərdə tutulub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.