ELM VƏ TƏHSİL
Əməliyyat-axtarış fəaliyyətinin əsasları kitabı çapdan çıxıb
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun dövlət təhlükəsizliyinin hüquqi təminatı şöbəsinin müdiri Bəxtiyar Əliyevin “Əməliyyat-axtarış fəaliyyətinin əsasları” (dərslik) kitabı çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dərslikdə Azərbaycan Respublikasının əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilik aktlarından, müasir əməliyyat-axtarış fəaliyyətinin yaranması və inkişafında əvəzedilməz əməyi olan alimlərin elmi-nəzəri və təcrübi səciyyəli tədqiqat materiallarından, həmçinin cinayətkarlığa qarşı mübarizə ilə bağlı əməliyyat-axtarış fəaliyyət subyektlərinin təcrübəsinə dair materiallardan istifadə olunub.