ELM VƏ TƏHSİL


Əməliyyatçı-mühasib ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olanlar təhsil sənədi alacaq

Əməliyyatçı-mühasib ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olanlar təhsil sənədi alacaq

Bakı, 29 mart, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi əməliyyatçı-mühasib ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.

Bildirilib ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən əməliyyatçı-mühasiblər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahan vermək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.

Müraciət etmək istəyənlər linkə daxil olaraq mayın 1-dək qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.