ELM VƏ TƏHSİL


Əməliyyatçı mühasiblərin praktiki bacarıqları qiymətləndirilib

Əməliyyatçı mühasiblərin praktiki bacarıqları qiymətləndirilib

Bakı, 20 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların əməliyyatçı mühasib peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.

Agentlikdən AZƏRTAC-a verilən məlumata görə ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil edilib.

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə və “Accounting and Service Group” MMC-nin mühasibi Məhəmməd Bağırzadə üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə “Azəriqaz” İstehsalat Birliyinin aparıcı mühasibi cəlb edilib. Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər əməliyyatçı mühasib peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət əməliyyatçı mühasib peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.