DÜNYA


“American Airlines” aviaşirkəti Venesuelaya uçuşları dayandırıb

Vaşinqton, 17 mart, AZƏRTAC

Dünyada ən böyük aviaşirkət olan “American Airlines” Venesuelaya uçuşları dayandırdığını elan edib.

AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına bu ölkəyə səfərlərin təhlükəli olması barədə xəbərdarlıq edəndən və Amerika səfirliyinin bütün heyəti Karakasdan çıxarılandan sonra aviaşirkətin rəhbərliyi Venesuelaya aviareyslərin dayandırılmasını rəsmən elan edib.

“American Airlines” administrasiyası iddia edir ki, bu haqda qərar qəbul edilərkən pilotların həmkarlar ittifaqının fikri nəzərə alınıb. Həmkarlar ittifaqı təyyarəçilərin və digər heyət üzvlərinin həyatını təhlükəyə məruz qoymamağı tövsiyə edib. Aviaşirkətin bəyanatında qeyd edilir ki, uçuşların dayandırılması müvəqqəti tədbirdir və ölkədə vəziyyət normallaşandan sonra uçuşlar bərpa olunacaq.

2013-cü ildə Venesuelada sosial böhran başlanandan bəri Amerikanın onlarca aviaşirkəti iqtisadi səbəblərə görə bu ölkəni tərk edib. “American Airlines” gündə iki dəfə Karakas ilə Mayami arasında və gündə bir dəfə Marakaybo ilə Mayami arasında aviareyslər yerinə yetirən sonuncu daşıyıcı idi.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.