CƏMİYYƏT
Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olublar
Bakı, 14 iyul, AZƏRTAC
Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri Bakıya səfərləri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüblər.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Amerika-Azərbaycan Cəmiyyətinin gələcək fəaliyyəti və Komitə ilə əməkdaşlığın perspektivləri müzakirə edilib.
Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyəti 1957-ci ildə yaradılıb. Cəmiyyət Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında iqtisadi, mədəni və elmi əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərir.
Hazırda cəmiyyətə Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:55]
Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır
- 24.04.2024 [17:21]