Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Amerika-Azərbaycan Qarabağ Atlarının Xilası Birliyinin sədri Samir Novruzovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz Ali Baş Komandan, möhtərəm Prezident.

Şuşamız mübarək olsun! Dövlət Bayrağı Gününüz mübarək olsun! Biz, bütün dünya azərbaycanlıları Şuşanın işğaldan azad olunması xəbərini Sizdən eşitməyi həsrətlə gözləyirdik. Bu illər ərzində biz bir millət kimi mənəvi iztirablar içində yaşamışıq. Amma Siz Ali Baş Komandan kimi bütün Azərbaycan xalqını bu əzab-əziyyətdən azad etdiniz. Həsrətini çəkdiyimiz Şuşanı qaytardınız. Siz bununla bir millət kimi bizim başımızı ucaltdınız.

Biz, Amerika Birləşmiş Ştatlarında və bütün dünyada yaşayan azərbaycanlılar Sizinlə fəxr edirik və hər vaxt Sizinlə qürur duyacağıq. Biz sübut etdik ki, Azərbaycan xalqı səbirli, ağıllı, dövlətini, torpağını və namusunu qorumağı bacaran millətdir.

Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan əsgəri! Şuşa bizimdir!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

 

Novruzov Samir Orucəli oğlu

Amerika-Azərbaycan Qarabağ Atlarının Xilası Birliyinin sədri

Amerika Birləşmiş Ştatları, Texas ştatı, Hyuston şəhəri.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin