RƏSMİ XRONİKA
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Barak Obamaya
Hörmətli cənab Prezident,
“Sendi” qasırğasının doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı.
Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 noyabr 2012-ci il.