Amerika Birləşmiş Ştatlarının senatoru Mayk Krapodan
AzerTAg.az
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Mən təhlükəsizlik və qarşılıqlı regional maraqların təmin olunması istiqamətində Azərbaycanın, ABŞ-ın və müttəfiqlərimizin səylərini yüksək qiymətləndirirəm.
Azərbaycan Qafqaz regionunda iqtisadi, enerji, siyasi proseslərdə mühüm rol oynayan ölkədir. Bizim ümumi strateji maraqlarımıza Bakının NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında fəal iştirakı, eləcə də ölkənizin ABŞ-ın Əfqanıstan, İraq və Kosovoda sülhyaratma əməliyyatlarına verdiyi töhfələr daxildir.
Azərbaycan Xəzər dənizinin enerjisi resurslarının nəqlinin şaxələndirilmiş şəbəkəsinin yayılmasında həlledici rola malikdir. Trans-Adriatik boru kəməri layihəsinin reallaşdırılması Azərbaycanın ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyindəki rolunu daha da artıracaqdır.
Mən Sizə Azərbaycan ilə ABŞ arasında davam edən strateji tərəfdaşlığa görə təşəkkür edirəm.
Hörmətlə,
Mayk Krapo
Amerika Birləşmiş Ştatlarının senatoru
Xəbərin mətnində orfoqrafik səhv var