DÜNYA


Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları azalıb

Bakı, 6 iyun, AZƏRTAC

Keçən həftə ABŞ-ın xam neft ehtiyatları azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən həftə ölkədəki xam neft ehtiyatları 2 milyon barrel azalıb. Analitiklər ehtiyatların 1,8 milyon barrel azalacağını nəzərdə tuturdu.

ABŞ-dakı benzin ehtiyatları isə keçən həftə 3,8 milyon barrel artıb. Benzin ehtiyatlarının 2 milyon barrelədək azalması gözlənilirdi.

Ölkədə distillə edilmiş yanacaq istehsalı hesabat həftəsində 871 min barrel azalıb. İstehsalın 1,1 milyon barrel azalacağı planlaşdırılırdı.

Qeyd edək ki, ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər bu gün ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.