MƏDƏNİYYƏT


“Amerika dəhşət hekayəsi” serialının növbəti mövsüm premyerasının tarixi açıqlanıb

Bakı, 1 oktyabr, AZƏRTAC

“FX” televiziyası məşhur “Amerika dəhşət hekayəsi” (“American horror story”) antologiyasının növbəti 11-ci mövsümünün premyera tarixini açıqlayıb.

AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, oktyabrın 19-da yeni on seriyalı mövsümün premyerası zamanı ilk iki bölümü izləmək mümkün olacaq. Bundan sonra dörd həftə ərzində hər çərşənbə günü eyni anda iki epizod yayımlanacaq.

Yeni mövsüm bölümlərinin süjeti hələ ki, gizli saxlanılır, lakin aktyor heyəti artıq məlumdur. Ekran əsərində Co Mantello, Billi Lourd, Zakari Kuinto, Rassel Tovi, Lesli Qrossman, Çarli Karver, Sandra Bernhard, İsaak Pavell, Denis O'Hare və Petti LuPon və digər aktyorlar iştirak edirlər.

Xatırladaq ki, “Amerika dəhşət hekayəsi” on üçüncü mövsümə qədər uzadılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.